main-post-cover

    Google Maps yenilənib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google şirkəti IOS və Android platformaları üçün "Maps” servisinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş tətbiq təmiz dizayn, lazımsız elementlərin yoxluğundan və istifadəçilərə maraqlı ola biləcək məkanların xüsusi rənglə işarələnməsindən ibarətdir. Tətbiqin yeni versiyasını artıq yükləmək mümkündür. İlk öncə tətbiqin rəng çaları dəyişmiş, dizaynı isə daha nizama salınmış formadadır. Google əsasən tətbiqdən yol konturlarını yığışdırmış və şriftləri daha aydın edərək küçə, məkan və yerdəyişmə nöqtələrinin adlarının daha rahat oxunmasını təmin etmişdir. Əsas yenilik isə maraqlı ola biləcək məkanlardır. Həmin məkanlar narıncı rəng ilə işarələnir və onları miqyası yaxınlaşdıraraq görmək mümkündür. Bu üsul ilə istifadəçiyə maraqlı ola biləcək mehmanxana, kafe, restoran, muzey, görməli yerlər, konsert zalları və s. məkanlar işarə olunur. Maraqlı ola biləcək məkanları xüsusi kompüter alqoritmləri müəyyən edirlər. Onlar bunu hər bir istifadəçi üçün fərdi şəkildə edirlər. Bundan əlavə məlum olub ki, yaxın zaman ərzində Google Maps-a daha bir yeni rejim əlavə olunacaq. Bu yeni rejim mobil məlumatların istifadəsinə qadağa qoyacaq. Wi-Fi only funksiyasını aktiv edəndən sonra tətbiq smartfonun naqilsiz şəbəkəyə qoşulacağı vaxta kimi offline rejimdə çalışacaq.
     
     

    Linki kopyala