Google, mobil və kompüterlərdə fərqli axtarış həyata keçirəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Google" şirkəti tezliklə axtarış sistemində
köklü dəyişikliklər etmək niyyətini açıqlayıb. Search Engine Land saytının məlumatına
görə, dünyanın ən böyük axtarış platforması Google, mobil və kompüterlər üçün
axtarış rejimini dəyişmək niyyətindədir. Bunu etməklə smartfon və planşetlər üçün rahatlığı təmin etmiş olacaqlar.
Bu yenilik haqda şirkətin əməkdaşlarından
olan Qeri İlles danışıb. Təfərrüatlar haqda məlumat verilməsə də bir neçə ay içində
bu yeniliklə tanış olacağımız ehtimal olunur. Təəssüf ki, istifadəyə verilmə
tarixi hələki, tam açıqlanmayıb. Search Engine Land-ın məlumatına görə
prioritet olaraq mobil cihazların üstünlük daşıması gözlənilir.
Bu yeniliyin əsas səbəbi isə mobil vasitələrdən
istifadə edənlərin çoxluq təşkil etməsidir. Bundan əlavə bu yeniliklə gələcəkdə
veb-saytların daha da irəli səviyyədə təşkilinə nail olmaq mümkün olacaq. Dəyişikliyin tam olaraq nəyi əhatə etdiyini bilməsək də ümid edirik ki, axtarış sistemi üçün müsbət sayılacaq addım olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)