"Google", Nexus telefonlarını hack edənlərə 200.000$ pul mükafatı verir!

299

"Google", Project Zero Təhlükəsizlik yarışı çərçivəsində Nexus telefonlarını hack edənlərə pul mükafatı verəcəyini açıqladı. Proqramın təhlükəsizliyi mövzusunda olduqca iddialı olan "Google" şirkəti, 2017-ci ilin mart ayına qədər davam edəcək Project Zero Təhlükəsizlik yarışı müddətində cihazın çatmayan cəhətlərini ortaya çıxaran hackerlərə pul mükafatı verəcəyini açıqlayıb. Şirkət Nexus 6P və Nexus 5X hack edən insanlara böyük məbləğdə pul mükafatı təyin olunub. Belə ki, "Google" birinci yeri tutana 200.000$, ikinci yerə 100.000$ və üçüncü yer üçün 50.000$ ödəniləyəcəyini bildirib. Bununla şirkət gələcəkdə dəyə biləcək maddi zərərin qarşısını alır.