drzeka zeka kartları

Google Pixel 2 haqqında ilkin detallar!

08.05.2017 0 PAYLAŞIM 5769 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Google, Pixel modelini satışa çıxaramasının ardından yeni admiral gəmisi Pixel 2 üçün hazırlıqlara başladı. Google Pixel 2 istifadəçilərinə nə kimi yeniliklər paylaşacaq?

Googel,Nexus markasına vida edərək ötən ilin sonuna doğru HTC tərəfindən istehsal edilənGoogle Pixel modelini elan etmişdi. Ağıllı telefon sektorunda Google-ın flaqman modeli olaraq tanınan Pixel-in satışa çıxarılması ilə birlikdə, firmanın irəliləyən dövrdə elan edəcəyi Pixel 2 modeli haqqında ilkin detallar ortaya çıxmaqa başladı.

9to5 tərəfindən əldə edilən ilkin məlumatlara görə, Pixel modelində etdiyi xətalardan dərs çıxaran Google, yeni flaqmanında Pixel 2 ilə istifadəçilərə çox daha yaxşı bir ağıllı telefon təcrübəsi təqdim etməyi hədəfləyir.

Google Pixel 2 nə kimi yeniliklər təqdim edəcək?

Pixel və Pixel XL modellərinin suya qarşı davamlı olmaması səbəbindən istifadəçilərin tənqidlərinə məruz qalan Google, yeni flaqman; Pixel 2-də bu əksiklikləri aradan qaldıraraq cihazı suya və toza qarşı davamlı hala gətirəcək.


Yeni admiral gəmisində diqqətini kamera keyfiyyətinə yönəldəcək olan Google istifadəçilərin xüsusilə zəif işıq altında professional çəkilişlər edə bilməsinə imkan tanıyacaq.

Pixel 2-nin hansı su və toza qarşı davamlılıq sertifikatı ilə gələcəyi məlum deyil. Google-ın, Pixel 2 modelində prosessor seçimini Qualcomm, Intel Mediatekarasında ən yaxşı keyfiyyəti təmin edən prosessor istehsalçısından yana edəcəyini bildirdi.