main-post-cover

    Google Pixel 2-nin ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çinin Anzhuo adlı saytında Google Pixel 2 smartfonunun ilk fotoları təqdim olunub.

    Hələki anonsu olmamış smartfonun render fotoları, sayt öz şəxsi xarici mənbəsindən əldə edib. Əgər təqdim olunmuş fotolar həqiqətən də Google Pixel 2-ə aiddirsə onda belə bir nəticəyə gəlmək olar ki, yeni smartfon kiçildilmiş çərçivələrə və iki səsgücləndiriciyə sahib olacaq. Ekranın söndürülməsi və səsin tənzim olunması üçün nəzərdə tutulmuş düymələr korpusun sağ hissəsində yerləşir. "Technote.az"ın "Anzhuo"a istinadən verdiyi xəbərə əsasən korpusda həmçinin USB Type-C və adi 3.5 mm-lik audiogiriş yerləşdirilmişdir. Smartfonun arxa paneli şüşədən hazırlanıb və ikili olmayan kamera ilə barmaq izi skanını özündə birləşdirir. Şaiyələrə əsasən "Google” şirkətinin Pixel seriyasının yeni cihazı Snapdragon 835 prosessoru ilə təchiz olunacaq. Smartfonun bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər