"Google" Pixel 3 adlı noutbuk istehsal edir

264

"Google” şirkəti Pixel brendi adı altında olan noubuku 2017-ci ilin 3-cü rübündə satışa çıxartmağı planlaşdırır.

Layihə BisonPixel 3 adı altında məlumdur. Güman olunur ki, noutbuk AndroidChrome OS-in birləşməsi olan Andromeda adlı sistem əməliyyatı üzərində çalışacaq. Məlumatlara görə noutbuk 10 mm qalınlığında olacaq və 12.3 inç ekrana sahib olacaq. "Technote.az”ın "Ferra.ru”a istinadən verdiyi xəbərə əsasən noutbuku həmçinin planşet kimi də istifadə etmək mümkün olacaq. Hələki bilinmir planşet tərzində noutbuk Lenovo Yoga-ya oxşayacaq yoxsa Microsoft Surface-ə. Texniki göstəricilərə gəldikdə isə noutbuk Intel m3 və ya i5 Core, 8 və ya 16 GB RAM, və 32/128 GB daxili yaddaş ilə təchiz olunacaq. Həmçinin noutbukda barmaq izi skanı, iki USB Type-C və 3.5 mm audio giriş realizə olunacaq. Cihazın stilus dəstəyi ilə yanaşı həmçinin 10 saata qədər çalışması gözlənilir. Noutbukun güman olunan qiyməti isə 799$-dır. Şirkət cihazı 4 Oktyabr tarixində anons edə bilər. Qeyd edək ki, həmin tarixdə şirkətin yeni smartfon seriyası olacaq Pixel və Andromeda OC əməliyyat sistemi də təqdim etməlidir.