Google Pixel-in sevilən xüsusiyyəti artıq digər Androidlərdə də istifadə oluna biləcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Google Pixel-də yer alan barmaq işarəti ilə telefonu idarə etmə xüsusiyyəti artıq digər Android telefonlarında da istifadə oluna biləcək.
Google
Pixel-in ən çox bəyənilən xüsusiyyətlərindən biri
telefonun arxa bölümündə yer alan səthə barmaq işarətləri ilə əvvəlcədən təyin
olunmuş qısa yolları idarə etmə funksiyası
olmuşdu. Bu xüsusiyyət FingerprintGestures adlanırdı və bundan sonra
yalnız Google Pixel telefonlarında istifadə olunmayacaq.
FingerprintGestures tətbiqi ilə barmağınız ekrana tək yaxud cüt klik edərək və ya
yuxarı, aşağı, sola, sağa ekran üzərində hərəkət etdirilərək qısa yolları aktiv
hala gətirə bilərsiniz.
Bu qısa yollar arasında bütün tətbiqləri
açmaq, səsi açıb/bağlamaq, yuxu rejiminə keçid, bildiriş panelini açmaq,
musiqini açmaq, musiqi idarə etmədə irəli, geri, saxlama əmrləri, o cümlədən
bölünmüş ekranı açıb/baglamaq və tənzimləmələri sürətli açma yer almaqdadır.
Amma onu da qeyd edək ki, bəzi xüsusiyyətləri aktiv etmək üçün cihazınızın Root-lu olması şərtdir.
Pulsuz təklif olunan FingerprintGestures tətbiqi üçün pullu seçimlər də yer almaqdadır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək