main-post-cover

    Google Pixel telefonlarının satışı rekor qırdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Black Friday artıq sona çatsa da bir çoxlarını hansı telefon markasının daha çox satdığı xəbəri maraqlandırır. Beləliklə, verilən açıqlamalara görə bu dəfə ən çox satılan telefon nə "Apple", nə də "Samsung" şirkətinə aid deyil.

    Keçdiyimiz aylarda bazara bomba kimi düşənGoogle Pixel bir çox alıcıların diqqətini cəlb etmişdi. Təqdim olunduğu gündən etibarən çoxlu sayda satılan Google Pixel telefonları Black Friday günü də rekorda imza atıb.
     
    Localytics adlı şirkətin etdiyi araşdırmaya görə, Black Friday və ondan sonrakı daha 4 gün boyunca Google telefonlarının satışı keçdiyimiz aylarla müqayisədə 112% təşkil edib. Müqayisə etsək, eyni vaxtda satılan Samsung Galaxy S7 modeli 36%, iPhone 7 isə 13% artıq satılıb. Bu isə Google telefonlarının satışda Apple və Samsung-u geridə qoyduğunu sübut edir.
    Localytics-in verdiyi məlumata görə Apple-ın təqdim etdiyi telefonlar arasında ən çox satılan iPhone 6s modeli olmuşdur.
    Analitiklər Google telefonlarının iPhone satışlarından geridə qaldığını bildirsə də, cihazın qısa zamanda belə satışa imza atması gələcəkdə ilk sırada yer almasına şərait yaradacağını göstərir.
    Linki kopyala