main-post-cover

    Google Pixel XL-in istehsal xərcləri açıqlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google Pixel ağıllı telefon seriyasına aid Pixel XL modelinə aid istehsal xərclərini açıqlayan sənədlər ortaya çıxdı. Maraqlıdır çox qısa zamanda bir çoxlarının diqqətini cəlb edən Google telefonlarından əldə olunan gəlir nə qədərdir?

    Qısa zaman əvvəl təqdim olumasına baxmayaraq bir çox insanlar tərəfindən sifariş olunan Google Pixel XL modeli tez bir zamanda stoklarda bitib.
    Google Pixel XL-in istehsal xərcləri nə qədərdir?
    Google Pixel XL 769$-dan başlayan qiymətlərlə satışa çıxarılmışdı. Digər tərəfdən "IHS Markit" adlı araşdırma şirkəti məhsulun istehsal xərclərinin 285$ təşkil etdiyini açıqlayıb. Bu xərclər demək olar ki, iPhone 7 PlusSamsung Galaxy S7 Edge ilə təqribən eynilik təşkil edir.
    "Google"un cihaza sərf etdiyi qiymət ilə əldə etdiyi kar arasında 485$-lıq fərq mövcuddur. Nəzərə almaq lazımdır ki,cihazın inkişafına da pul ayrılır və bu gəlir tək "Google”un özünə sərf olunmur.
     
    Google Pixel XL-in satışları ilə tanış olduqda şirkətin gedişatdan məmnun olduğunu demək mümkündür. Şirkətin əldə etdiyi gəlir isə "Googleun yarımil üçün hazırlanmış hesabatında bəlli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər