main-post-cover

    Google Play, App Store-u geridə qoydu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Androidin tətbiq mağazası Google Play ilk dəfə App Store-u keçməyi bacardı.
    App Annie adındakı firma müxtəlif tətbiq platformalarını analitik olark təqib edir və hesabatlar dərc edir. App Annie, 2017-ci il üçün Android tətbiqlərinin ilk dəfə iOS tətbiqlərindən daha çox istifadə edildiyini bildirir. Buna, Amazon AppStore Samsung Galaxy tətbiqləri kimi üçüncü bölüm Android tətbiqi mağazaları tərəfindən çıxarılan gəlir də daxildir.
    App Annie, Google Play Store-un bu il üçüncü tərəf Android mağazaları ilə 36 milyard dollarlıq gəlir əldə edərək 42 milyard dollar qazandıracağını söylədi. App Annie tərəfindən bu il gözlənilən ümumi 78 milyarddollarlıq Android tətbiqlərinin gəliri, iOS-un bu il çatması gözlənilən 60 milyard dolların üstündədir.

    App Annie, beş illik dövrdə böyümənin ümumi tətbiq satışlarında 18%-lik bir nisbət olduğunu bildirir. Asiya Sakit okean bölgəsi, həm Android həm də iOS tətbiqləri üçün ən çox tələb görən bölgə mövqeyindədir. Asiya Sakit okean bölgəsini Amerika və Avropa, Orta Şərq və Afrika bölgəsi izləyir.
    Baxıb görəcəyik Android bu ildən sonra da iOS tətbiqlərindən daha çox gəlir əldə etməyə davam edəcək mi?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər