main-post-cover

    Google Play Music yeniləndi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google"un onlayn musiqi dinləmə xidməti Google Play Music tamamilə yeniləndi.

    "Google"un təqdim etdiyi musiqi dinləmə xidməti yenilənmədən sonra istifadəçilərə təqdim olunub. Bu dəfəki yenilik yalnız dizaynla deyil, o cümlədən süni zəka texnologiyası da istifadə olunaraq əldə olunub.

    Google Play Music-də süni zəkanın istifadə olunması ona bir çox üstünlüklər qazandırır. Məsələn, artıq sizin olduğunuz yer, tədbirlər, hava məlumatı analiz olunaraq ona uyğun sizə musiqi siyahısı təqdim olunur. Bundan əlavə hər dəfə siz daxil olduqda məzmunun dizaynında yenilənmə olur.
    "Google" bu yenilikləri ilə Apple Music və Spotify-a rəqib olmağa hazırlaşır. Bundan əlavə bu xidmət sizə şənbə axşamı şən musiqilər təqdim etdiyi halda, bazar axşamı əsasən rahatladacaq musiqilər təqdim edəcək.
    Linki kopyala