drzeka zeka kartları

Google Search üçün faydalı yeniliklər təqdim olunacaq

08.05.2017 0 PAYLAŞIM 5367 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Google Search yeni və daha faydalı yenilənmələr ilə istifadəçilərini sevindirəcək.

Bir çoxlarımızın başına gələn xoşagəlməz hallardan biri internetlə əlaqə kəsildikdə yaddaşda saxlaya bilməməyimiz və ya izləyə bilməməyimizdir. Bunun üçün Google gələcək versiyalarda "Recent” adlı qovluq əlavə edəcək. Hansı ki, burda sizin sorğu və nəticələriniz öz əksini tapacaq. Xidmətin maraqlı tərəfi isə bir vaxtda bir neçə nəticənin birgə saxlanmasıdır. Bundan əlavə sonuncu sorğular səhifə formasında təsvir olunacaq.


Əgər internet əlaqəsi pozularsa, onda axtarışınız "Offline Search” qovluğuna istiqamətlənəcək. Nəticələr alındıqda istifadəçiyə bildiriş gələcək. Bundan sonra isə istənilən vaxt Google Search-də nəticələrə baxmaq olar.


Və son olaraq əgər veb sayt informasiyanın çoxluğuna görə yüklənərsə, onda tətbiq Lite rejimə keçməyə imkan verəcək. Bu rejimdə lazımsız materiallar silinərək səhifənin daha asan açılmasına şərait yaradacaq. Bu rejimi avtomatik olaraq seçdikdə sistem özü hər şeyi tənzimləyəcək. Bundan əlavə Lite rejimi tamamilə söndürmək və ya çox aşağı əlaqədə aktivləşdirmək mümkün olacaq.