"Google" səyahət sevərlər üçün yeni tətbiqini təqdim edib. Yararlanmağa dəyər!

369

"Google" şirkəti yeni Google Trips adlı mobil tətbiqi təqdim edib. Bu tətbiqin köməyilə asanlıqla dünyanın bütün nöqtələrinə səyahətlərinizi planlaşdıra bilərsiniz

Google Trips-in əsas məqsədi səyahət haqda lazım olan bütün informasiyaları sizə təqdim etməkdir. Tətbiqin köməyilə maraqlı məkanlar, nəqliyyat, qalmaq üçün yerlər, restoranlar və s. haqda məlumat sahibi ola bilərsiniz. Tətbiqi açdıqda ən məşhur yerlərin adları əks olunacaq və siz hara getmək istədiyiniz haqda seçimi etdikdən sonra bu şəhərlə bağlı hər şey öz əksini tapacaq.

 

 

 

Bu tətbiqin ən sərfəli tərəflərindən biri gedəcəyiniz yerə marşrut xəttini özünüzün seçə bilmək şansınızın olmasıdır. Tətbiq sizə yad ölkədə sərbəst səyahət etməyə imkan yaradır. Maraqlı tərəf isə marşrut xətti statik deyil. Siz istənilən vaxt məkanların sayını və məzmununu dəyişə bilərsiniz. Siz gedəcəyiniz xətti artıra və ya azalda bilər, yaddaşda saxlayaraq yenidən dəyişikliklər edə bilərsiniz. Google Tripslə daha yaxından tanış olduqda onun nə qədər faydalı tətbiq olduğunu kəşf etmək mümkündür. Qeyd etməliyik ki, hələki, tətbiq yalnız ingiliscə fəaliyyət göstərir. Amma yəqin ki, bu səyahətə hazırlaşanlar üçün maneə sayılmaz.