"Google", "Snapchat" ilə ortaq ola bilər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bildiyiniz kimi artıq bir müddətdir Snapchat, Facebook-la çox ciddi şəkildə mübarizə aparmaqdadır. Hətta Facebook, Snapchata məxsus bir sıra xüsusiyyətləri sahib olduğu platformalarda istifadə etməkdədir. Buna baxmayaraq Snapchat geri çəkilmir, əksinə dirənməkdə və inkişaf etməkdə davam edir.
Qeyd edək ki, "Snapchat”ı almaq istəyən
yalnız "Facebook” olmayıb. Ona sahib olmaq istəyənlər arasında "Google”un da
adı çəkilmiş, amma ona da qismət olmamışdı. "Alphabet”ə yatırım edən "Google”, "Facebook"a rəqib olan "Snapchat”la gizli ortaqlıq imzalayıb. Belə ki, şirkət bu
haqda heç bir rəsmi açıqlama verməsə də ortaya çıxan nəticələr bunu sübut edir. Google Capital, logosunu və veb
saytını yeniləyib özünə yeni CapitalG adı
seçib və öz veb saytında yatırım etdiyi şirkətlər arasında Snapchat-ın da
logosunu paylaşıb.
"Google” 2013-cü ildə "Snapchat”a 4 milyard dollar təklif edib, amma
sonda rədd cavabı almışdı. Amma buna baxmayaraq son ortaya çıxan faktlar "Google”un
müəyyən mənada "Snapchat”da paya sahib olması haqda fikirləri təstiqləyir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!