"Google" tərcümə xidmətində süni zəkadan istifadə edəcək

196

"Google" artıq öz tərcümə xidmətində də süni zəka istifadə edəcək.

Bildiyiniz kimi tərcümə xidmətləri içində ən çox istifadə olunanlardan biri Google tərcümədir. Belə ki, bir çox hallarda qarşımıza tam olaraq həmin mənanı verməyən, gülməli tərcümələr çıxır. Artıq "Google" bunun qarşısını almaq üçün yeni süni zəka sistemini aktiv hala gətirəcək. Yeni sistemin artıq daha az səhvlərə yol verməsi, o cümlədən danışıq dilinə daha yaxın olması gözlənilir.


Bu arada "Google” ən çox işlənən dilləri ilk olaraq sınaqdan keçirəcək. Bunlar arasında Çin, İngilis, Fransız, Alman, Yapon, Koreya diliTürkcə yer ala bilər.

Belə ki, bu yenilik zamanla həyata keçiriləcək. "Google”un bu yeniliyində Neural Machine Translation (NMT) adlı süni zəka istifadə olunacaq. Proqramın uğurlu olması halında "Google” daha 103 dili siyahıya daxil edəcək. Ümid edirik ki, Azərbaycan dili də bu siyahıya daxil olacaq.