main-post-cover

    Google, Yalan xəbər paylaşan saytları Reklam Şəbəkəsindən çıxardır!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Google”, bundan sonra reallığı əks etdirməyən xəbərlər paylaşan saytları reklam şəbəkəsindən uzaqlaşdıracağını açıqladı.

    "Google”, artıq klik almaq və reklam gəlirlərini artırmaq üçün yalan xəbər yazan saytları reklam şəbəkəsindən çıxardacağını açıqladı. Xüsusilə Facebookda qarşımıza çıxan "şok,şok,şok!” tərzli xəbərlərlə gəlir əldə edən xəbər saytlarının kökünün qurudulmasına istiqamətlənmiş bu açıqlama, əslində zamanlama olaraq da olduqca maraqlı vaxta təsadüf etdi. Beləki ABŞ-da bu aralar Trumpın prezident seçilməsində, Facebookda paylaşılan yalan xəbərlərin təsirinin olduğu dildən-dilə dolaşır. Baxmayaraqki Zuckerberg, bu düşüncəni "ağılsızca” olaraq adlandıraraq Facebookun xidmətlərinin kiçimsənməsinə çalışıldığını iddia etmişdi.
    Technote.az, Reuster-da paylaşılan açıqlamaya istinadən bildirir ki, "Google”, pornoqrafiya, şiddət və nifrət əsaslı hərəkətlərdən ibarət saytları daxil etmədiyi AdSense-dən, bundan sonra yalan xəbər yazan saytların da uzaq tutulacağını açıqlayır. Bunu "günahı” olmayan saytların təsirlənməməsi üçün mərhələ-mərhələ reallaşdırılacağını açıqlayan "Google”, insanların səhv yönləndirilməsinin əxlaqi olaraq da qəbul edilə bilməz olduğunu ifadə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər