"Google" yalançı xəbərlərlə mübarizə aparacaq

117

ABŞ-da keçirilən siyasi mübarizə ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan əsassız xəbərlər "Google" şirkətini də fəaliyyətə keçməyə məcbur edib.

Şirkətin mütəxəssisləri yeni xidmətin istifadəsi haqda məlumat paylaşıb. Hansı ki, bu xidmət xəbərlərin doğruluğunu və faktları xüsusi etiketlərlə nəzərdən keçirəcək. "Google" xəbər paylaşımı həyata keçirən kütləvi informasiya vasitələrinə xəbərdarlıq etdi. Belə ki, kütləvi informasiya vasitələri xəbərin qaynağı və xəbər haqda oxuyucuya şəffaf məlumat verməlidir. Bundan əlavə xəbərin istinad edildiyi mənbənin linki qeyd edilməlidir. Xəbər və məqalələrdə deyilən qaydalara əməl edilərsə, "Google" onlara xüsusi etiket verəcək, hansı ki, oxucu xəbərin doğruluğuna və şəffaflığına bu yolla əmin ola biləcək.


Media isə öz növbəsində bu etiketlərin gələcəkdə qanuni və ya qeyri-qanuni olması haqda problemlər yaratmasından qorxur. Belə olan halda şirkət xəbərlərini olduqca açıq şəkildə yayımlamalıdır ki, gələcəkdə xəbər nüfuzuna etibar daimi olsun.

Xidmət hələ ki, ABŞ və İngiltərədə sınaqdan keçirilir. Xidmət inkişaf etdikcə digər ölkələrdə də yayılması gözlənilir.