"Google" yeni əməliyyat sistemini nümayiş etdirməyə hazırlaşır

1463

"Google"un HTC tərəfindən istehsal olunan planşeti Nexus-da Andromeda adında hibrit əməliyyat sistemi test etdiyi ortaya çıxdı

"Google"ın 2 il əvvəl Nexus ailəsinə daxil etdiyi HTC Nexus 9 planşeti bir çoxları tərəfindən istifadə olunmağa başlayıb. Saf Android interfeysinə sahib olan Nexus 9-da "Google"un yeni bir əməliyyat sistemi sınadığı də yeni ortaya çıxıb. Verilən məlumatlara görə Chrome OSAndroid qarışığı olan hibrid əməliyyat sisteminin planşetlərə məxsus xüsusi yeni sistem olması gözlənilir. Yeni sistemin adının Andromeda olması gözlənilir.

 Google-un yeni emeliyyat sistemi

"Google"un ortaya çıxardığı yeni əməliyyat sistemi Android-ə olduqca çox bənzəməklə bərabər, müəyyən fərqlilik əsasında Chrome OS-ə uyğun bir sistem olması da diqqətdən yayınmır. Yeni əməliyyat sisteminin Windows-un tək platformalı "hücumuna” cavab olması da yer alan məlumatlar arasındadır. Beləliklə, yeni telefon və planşet seriyasına yeni laptoplar da əlavə edən "Google", ortaya çıxaracağı əməliyyat sistemi ilə diqqətləri öz üzərinə cəmləmiş hesab oluna bilər.