main-post-cover

    Google yeni “Google Trusted Contact” adlı tətbiqini təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google yeni tətbqini istifadəçilərlə paylaşıb. "Güvənilən insanlar” tətbiqi istədiyiniz insanlarla birbaşa paylaşım etməyinizə şərait yaradacaq.

    Google yeni istifadəyə verdiyi tətbiqlə bir çoxlarının işini asanlaşdıra biləcək. Belə ki, Google-un yeni "Google Trusted Contact adlı tətbiqi sizin haqda məlumatları yaxın insanlara çatdırmaqda yardımçı olacaq. Bu tətbiqin köməyilə istədiyiniz insanların sizin olduğunuz yeri daha asanlıqla görməsinə şərait yaradacaqsınız.

    Bu tətbiqin ən yaxşı tərəfi qarşı tərəfin istənilən zaman sizdən xəbər ala bilməsidir. Yəni siz həmin şəxsi öz istədiyiniz insanlar siyahısına əlavə etdikdə və həmin şəxs sizdən olduğunuz yer haqda məlumat almaq üçün tələb göndərdikdə siz cavab verə bilməsəniz belə tətbiq sizin yerinizi göstərəcək. Yaxud siz tələbi rədd etdikdə həmin şəxs sizin təhlükəsizliyinizdən əmin ola biləcək. Hətta sizin cihazınız sönsə belə tətbiq öz işini yerinə yetirə bilir. Bundan əlavə seçdiyiniz şəxsə "ping” göndərə bilərsiniz. Bu zaman həmin şəxs sizin nə zaman aktiv olduğunuz haqda məlumat ala bilir.
    Tətiq Android 4.1 və ondan sonrakı versiyaları dəstəkləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər