"Google" yeni maraqlı və bir o qədər qəribə tətbiqini təqdim edib

1303

"Google”ın mobil cihazlar üçün yeni təqdim etdiyi tətbiq yəqin ki, tez bir zamanda hər kəsin telefonunda yer alacaqmış kimi təəssürat yaradır.

Yeni tətbiq olduqca maraqlı və eyni zamanda bir o qədər qəribədir. Tətbiq Sprayscape adında bir VR kamera tətbiqidir. Belə ki, bu VR kamera digərlərindən fərqli olaraq şüurlu şəkildə qüsurlu görüntü ortaya çıxarması üçün nəzərdə tutulub. Tətbiqin maraqlı tərəfi gözlənilən kimi 360 dərəcə foto görüntü yaratmır, sadəcə ekrana toxunduğunuzda əldə etdiyiniz görüntüləri bir araya gətirərək 360 dərəcəli bir görüntü ortaya çıxarır.

Sprayscape mobil cihazınızla uyğunluq təşkil etməyə bilər, ancaq istəsəniz şansınızı sınayın və tətbiqi burdan yükləyərək istifadə edin.