"Google", yenilənmiş Google+ ilə Facebook-a rəqib olur

191

Google, yenilənən Google+ ilə Facebook-a rəqib olmağa hazırlaşır.

"Google”ın milyonlarla istifadəçisi olmasına rəğmən, çox az aktiv istifadəçisi olan sosial şəbəkəsi Google+, təkrardan yenilənərək Facebook-a rəqib olmağa çalışacaq. Bir neçə il bundan əvvəl Facebook kimi böyük sosial şəbəkəyə sahib olmaq istəyən "Google”, Google+ adlı sosial şəbəkə servisini daha da inkişaf etdirərək, YouTube kimi digər "Google” servislərini istifadə edə bilmək üçün "Google+”a üzv olmağı şərt qoymuşdu. Lakin "Google”un bütün bu səylərinə rəğmən istifadəçilər, aktiv olaraq istifadə etdikləri Facebook, Twitter kimi sosial şəbəkələrdən imtina edib "Google+”a yönəlmədiər.

Bundan sonra Google+ üçün hərəkətə keçən "Google”, sosial şəbəkəsini yenilədi. Yeniliklərdə təqvim tətbiqindəki fəaliyyətlərin Google+ ilə sinxronizasiya olması kimi bəzi yeni xüsusiyyətlər ilə birlikdə dizayn mənasında da böyük ölçüdə dəyişikliklər var. Tam açıq danışsaq "Google” nə qədər səy göstərsə də Google+ sosial şəbəkəsi bu şərtlərdə heç vaxt Facebook ya da Twitter kimi ola biləcəyi görümür. Artıq izləyib görəcəyik ki, Google+ ümid edilənləri reallaşdıra biləcəkmi yoxsa sadəcə "Google”un üzərində işlədiyi bir şəbəkə olaraqmı qalacaq?