main-post-cover

    Google, Youtube-dan mp3 yükləmə saytını axtarışlar siyahısından çıxardı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    YouTube-un xidmətlərindən biri olan youtube-mp3.org, artıq Google axtarış sistemlərində yer almayacaq.

    Xatırlayırsınızsa, bir neçə ay əvvəl məşhur musiqi şirkətləri musiqi yükləmə saytlarını məhkəməyə verməyə hazırlaşdıqlarını açıqlamışdıq. YouTube ilə birlikdə Spotify, DeezerApple Music kimi xidmətlər də belə saytlara qarşı çıxaraq öz etirazlarını bildirmişdilər. Hətta qeyri-leqal yükləməyə görə 150.000 dollar tələb etmişdilər. Bu mövzuda öz mövqeyini ortaya qoyan Google məşhur sayt youtube-mp3.org-u axtarış nəticələri siyahısından çıxarıb.
    YouTube-dan musiqi yükləmələrinin təxminən yarısını əhatə edən youtube-mp3.org, artıq Google-un axtarış nəticələrindən qaldırılıb. Amma domen hələ də xidmət verməkdə davam edir. Böyük şirkətlərin təzminat tələbi yerinə yetirilməsə belə, Google-un belə addım atması çox böyük irəlləryişə səbəb ola bilər.

    Amma digər tərəfdən istifadəçilər Google-da açar sözlərdən istifadə edərək youtube-mp3.org kimi çalışan saytlarla qarşılaşa biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər