main-post-cover

    "Google"da emosiya ilə axtarış dövrü başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google", Twitter üzərindən emosiya ilə axtarış etmə funksiyasını aktivləşdirdi. Bəs bu yeni və praktiki axtarış metodu necə işləyəcək? Hansı emosiyalar ilə axtarış edə bilərsiniz?

    Google, Twitter hesabı üzərindən maraqlı bir xidmət verməyə başlayır. 
    İstifadəçilər artıq bir emosiyanı seçib, "Google"u mention edərək  tweet paylaşdığında, Google sözügedən emosiya ilə bağlı axtarış nəticələrinin linkini göndərəcək. 

    Hamburger yemək istəyirsiniz?

    Məsələn, bir istifadəçi hamburger emosiyasını @google mentionı ilə tweet atsa, Google həmin istifadəçiyə, yaxındaki hamburger restoranlarının yer aldığı bir xəritə göndərə biləcək. 
    Bu formada fərqli emosiyalarda fərqli nəticələr verəcək olan Google, misal üçün günorta yeməyində  kafe/restoran axtaran istifadəçilərə,  ya da avtomobil idarə edərkən restoran axtaran sürücülərə praktiki olaraq axtarış etmək imkanı təqdim edir. 
    Axtarış şəbəkəsi, hələki 200  emosiya ilə bu xüsusiyyəti bugündən etibarən aktiv edib.
    Linki kopyala