main-post-cover

    "Google"dan açıqlama: Chrome-a heç bir reklam filtrləmə funksiyası əlavə etməyəcəyik!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhurluğu gün keçdikcə artan Operanın əksinə "Google", Chrome üçün daimi olaraq yersiz reklamları qadağa edən bir filtrinin olmadığını və olmayacağını açıqladı! gün keçdikcə artan.

    Keçdiyimiz günlərdə 2 milyard yüklənməni keçən Google Chrome, brauzer dünyasının şübhəsiz ki ən məşhurudur. "Google"un böyük layihələrindən biri olan Google Chrome, son vaxtlar həddindən artıq RAM istifadəsi, daxili VPN reklam filtrləmə kimi xüsusiyyətlərinin olmamasından ötəri istifadəçilərindən mənfi reaksiyalar alır.
    "Google", bu reaksiyalara qeydsiz qalmayaraq qismən də olsa açıqlama etdi. "Google"un etdiyi açıqlamaya görə Google Chrome-da heç bir zaman daxili bir reklam filtrləmə xidməti olmayacaq.
    Son vaxtlarda yüksəlişə keçən Opera kimi daxili reklam filtrləməsinə sahib olan brauzerlər istifadəçilərin əlavə plaqinlər ilə vaxt itirməməsinə şərait yaradır və daha az sistem yaddaşı tükədirlər. 
    Əslində, "Google"un belə bir qərar almasının səbəbi olduqca sadədir. "Google"un böyük gəlir qaynaqlarından biri olan AdSense, reklam göstərmək üzərinə qurulmuş bir layihədir. Əgər Chromeda yerləşdirilmiş bir reklam filtrləyicisi olsa, AdSense gəliri düşəcəyi üçün "Google" belə bir qərar alıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər