"Google"dan Andromeda sistemli planşet gəlir

202

"Google” şirkətinin Andromedaadlı yeni əməliyyat sistemini yaratdığını bildirmişdik. Həmin əməliyyat sistemi özündə Android və Chrome OS-in özəlliklərini daşıyır.

Baxmayaraq ki, Andromedahal-hazırda Nexus 9 planşetində test edilir, şirkətin əməliyyat sistemini Nexus 9 üçün public təqdim etməyə planı yoxdur. Görünür yeni əməliyyat sistemi əsasında nəinki Pixel 3 adlı noutbuk, hətta "Huawei”n istehsal edəcəyi Nexus brendli planşeti də satışa çıxacaq. "Technote.az”ın "Ferra.ru”a istinadən verdiyi xəbərə əsasən yeni planşet Nexus 7-nin davamçısı olacaq. Məlumata əsasən cihaz 7 inç ekran və 4 GB RAM ilə təchiz olunacaq. Onun adının isə Huawei 7P olması gözlənilir. Huawei 7P-də OC Andromeda haqqında fikirlər iki hissəyə ayrılır. Versiyalardan birinə əsasən planşet developerlər üçün bir cihaz kimi təqdim olunacaq. Yəni o, adi Android sistemi üzərində çalışacaq, lakin developerlər üçün Andromeda-nın beta versiyasına da sahib olacaq.