main-post-cover

    "Google"dan Film sevərlərin xoşuna gələcək yeni funksiya

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Google", internetdə kino axtaranlar üçün vacib bir xidməti sınaqdan keçirtməyə başlayır. Artıq kinoları daha şüurlu və sürətli axtarmaq mümkün olacaq. Necə?

    Artıq filmlər üçün edilən axtarışların nəticələrində, kinolar üçün istifadəçilərin verdikləri qiymətlər də göstəriləcək. 
    Hansı kinonun neçə qiymət aldığını asanlıqla görmək mümkün olacaq. "Google" bu məqsədlə Rotten Tomatoes IMDB nəticələrindən istifadə edəcək. Bu, xüsusiyyətin sınaq versiyasından çıxmaya, beləliklə rəsmi olaraq hərkəsə təqdim edilməyə biləcəyi də vurğulanır.
    Kinoların qiymətləndirilməsinə bəzən fake istifadəçilər tərəfindən müdaxilə də edilə bilinir. Bu "müdaxilə edilmiş" səhv nəticələrin axtarış şəbəkəsində göstərilməsinin kino endustriyası tərəfindən reaksiya almaq ehtimalı da var.
    Digər tərəfdən, "Google"un axtarış nəticələrində ola bildiyi qədər çox detal göstərməyə çalışması, məzmun istehsalçılarını narahat edir çünki bu halda axtarış edən internet istifadəçiləri, sayta girməyə ehtiyac duymadan, maraqlandıqları məlumatların bütün detallarını "Google" un axtarış nəticələrində görə bilirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər