main-post-cover

    "Google"dan hərkəsin sevəcəyi möhtəşəm tətbiqetmə : Photoscan

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xüsusilə valideynlərimizin və ailə böyüklərimizin saxladıqları qədimi fotoalbomları artıq telefonlarımıza köçürə bilərik.

    Toy, sünnət, ad günü kimi vacib hadisələrdə böyüklərimizin qədimi fotoaparatları ilə çəkdikləri şəkillər evlərimizdə tozlu rəflərdə yerlərini alıblar. Arabir keçmiş günlərimizi yad etmək üçün rəfdən endirib vərəqlədiyimiz bu şəkillərin itmək, pozulmaq cırılmaq kimi problemlərinə görə bir çoxumuz tərəddüd edirik. Hətta bəzən bu qeyd etdiyimiz hallar baş verir və illərdir saxlanılan şəkillərimiz yox olaraq tarixə qovuşur və sadəcə xatirə olaraq yaddaşlarda qalır. Bu problemin qarşısını almaq üçün PhotoScan tətbiqini hazırlayan "Google", bu tətbiqi xüsusilə köhnə şəkilləri rəqəmsal mühitə köçürmək üçün nəzərdə tutub.

    Mobil telefonunuzla köhnə şəkillərinizi saniyələr içərisində Google Photos-a yaddaşa verə bilməyinizə şərait yaradan PhotoScan, bunu birdə son dərəcə yüksək keyfiyyətlə edə bilir. Yəni fiziki şəkilləriniz solmadan bu şəkilləri rəqəmsala keyfiyyətli olaraq köçürə bilərsiniz.
    Daha sonra isə sosial mediada paylaşıla biləcək möhtəşəm şəkillər sizi gözləyəcək.
    Proqramı Android əməliyyat sistemli telefonunuza yükləmək üçün "Buraya", iOS əməliyyat sistemli telefonunuza yükləmək üçün isə "Buraya" daxil olun. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər