"Google"ın əməkdaşı, şirkəti məhkəməyə verdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Google” şirkətinin əməkdaşı şirkəti məhkəməyə verib.
Belə ki, o, şirkətin öz işçilərini izləməsini düzgün hesab
etmir. İttiham qaldıran şəxsin fikrincə şirkətin konfidensiallıq siyasəti,
Kaliforniyanın əmək qanunvericiliyinə uymur. Ərizədə qeyd olunub ki, şirkət,
casus tətbiqinə sahibdir. Məlumata əsasən həmin tətbiq, vacib məlumatların mətbuata
və dövlət orqanlarına ötürülməsinin qarşısını alır. Əməkdaşın sözlərinə əsasən
işçilərə, qeyri-leqal fəaliyyəti müzakirə etmək və onları şirkət vəkillərinə
söyləmək qadağandır. Həmçinin daxili qaydalara əsasən şirkətə, şübhəli şəxslər
barədə məlumat verən əməkdaşlar mükafatlandırılır. Bundan əlavə olaraq əgər əməkdaşlardan
kimsə Silikon Vadisindəki həyat tərzi haqqında kitab yazmaq istəsə onda bütün
yazıları ilk öncə şirkətdə fəaliyyət göstərən xüsusi şöbə işçilərinə təqdim etməlidir.
Əgər sözügedən məhkəmə prosesində "Google” uduzsa onda onu 3.8 milyard dollar cərimə
gözləyir. Qeyd edək ki, bu ilin Sentyabr ayında ABŞ xüsusi xidmətlərinin keçmiş
əməkdaşı Edward Snowden, şirkətin yeni messenceri olan Google Allo-dan istifadəni
məsləhət görməmişdi. Onun sözlərinə görə bu messencer istifadəçinin bütün
ismarıclarını yazır və onun haqqında məlumatları xüsusi dövlət orqanlarna
ötürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ