main-post-cover

    "Google"ın maraqlı və gizli 6 layihəsi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” şirkəti deyəndə ağlımıza ilk gələn axtarış sistemi, müxtəlif faydalı onlayn servislər və Android-dir. Lakin bu şirkətin iddiaları daha genişdir.

    Bu məqalədə "Google”un dünyanı yaxşı tərəfə dəyişəcək 6 gizli layihəsindən söz açacağıq. "Google X” "Alphabet” holdinqinə daxil olan şirkətlərdən biridir. Onun binası şirkətin Kaliforniyada yerləşən baş ofisi Googleplex-dən bir neçə kilometr aralıda yerləşir. Sözügedən şirkətdə bütün işləri "Google”ın həmtəsisçisi Sergey Brin öz nəzarəti altında saxlayır. "Google X”ə çox nadir hallarda jurnalistləri buraxırlar. Lakin şirkətin ən maraqlı yenilikləri məhz burada hazırlanır.
    Project Loon
    Bu layihənin məqsədi yerüstü infrastrukturun yaradılmasının mümkün olmadığı kənd və uzaq region sakinlərini internet bağlantısı ilə təmin etməkdir. Bunun üçün şirkət mütəmadi olaraq 18 km hündürlükdə olacaq aerostat cihazlarını havaya buraxmağı təklif edir. Həmin aerostat cihazlar müəyyən ərazilərə uça və ya hava axınlarından istifadə edərək yerindəcə göydə dayana bilər.
    Project Titan
    Bu layihə də naqilsiz vahid ümumdünya şəbəkənin yaradılması üçün nəzərdə tutulub. Lakin bu dəfə dronlardan istifadə edərək bunun reallaşdırılması planlaşdırılır. Həmin dronlar yüngül təyyarələrə oxşayırlar hansıların ki, qanadlarında günəş panelləri yerləşdirilib. Beləliklə onlar enerji qıtlığından azad olaraq illərlə göy üzündə uça bilərlər.
    Baseline Study
    Həkimlər iddia edirlər ki, tam sağlam insan yoxdur. Onun yerinə pis müayinə olunanlar var. Həqiqətən də sağlamlıq vəziyyəti baxımından normalar anlayışı bir qədər dumanlıdır. Baseline Study layihəsi bu boşluğu real məna ilə doldurub sağlam insanın nə demək olduğunu müəyyənləşdirmək üçün nəzərdə tutulub. Bunun üçün şirkət müxtəlif insanlardan böyük həcmdə molekulyar-genetikməlumatları yığaraq ideal sağlamlıq formulunu yaratmaq istəyir. Bəlkədə gələcəkdə bunun vasitəsilə android robotlar hazırlandı.
    "Google”ın pilotsuz avtomobili
    Bu layihə şirkətin məşhur layihələrindən biridir. Belə ki, şirkətin pilotsuz avtomobillərinin test sınaqları üzrə mütəmadi olaraq xəbərlər yayımlanır. Bu layihə üzrə işlər artıq son mərhələdədir. 2014-cü ilin Aprel ayında şirkət bildirdi ki, onun pilotsuz avtomobilləri artıq 1.1 milyon kilometr yol qət ediblər. Həmin vaxtda "Google” hətta öz avtomobilinin prototipini də təqdim etmişdi. Avtomobil sükansız və pedallarsız olaraq 100% avtonom idi. Əgər şirkətin işləri yaxşı getsə (buna şübhə yoxdur) bu layihə nəqliyyat sektorunda əsl inqilab yaradaraq milyonlarla insanların həyatlarını avtomobil qəzalarından xilas edəcək.
    "Google”ın kontakt linzaları
    Şirkətin bu layihəsi kontakt linza əsasında hazırlanmışelektron radioötürücü sensor cihazdır. Onun vasitəsilə göz mayesi analizi köməkliyi ilə bəzi vacib fizioloji göstəricilərə nəzarət etmək və bəzi xəstəliklərin diaqnozunu təyin etmək olacaq. Hal-hazırda həmin linzalar uğurlu şəkildə şəkər xəstəliyindən əziyyət çəkən insanların qanlarında qlükoza miqdarının ölçülməsində istifadə olunur.
    Google DeepMind
    "Google”ın ən maraqlı və bir o qədər də qorxulu layihələrindən biri şirkətin süni zəka yaratmaq cəhtidir. Hələki şirkət bu layihəsini klassik kompüterlər oyunlarında, səs və görüntünü müəyyənləşdirilməsində, mətn və musiqilərin generasiya edilməsində istifadə edir. Lakin gələcəkdə süni zəkanın daha ciddi sahələrdə tətbiqi planlaşdırılır. Məsələn DeepMind Health İngiltərənin Milli Səhiyyə Xidməti təşkilatı ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlığın əsas məqsədi isə xəstələrə qulluq texnologiyalarının təkmilləşdirilməsidir.
     
    Linki kopyala