"Google"un 15 uğursuz layihəsi. İkinci hissə

347

Hər bir şirkətin böyük uğurlarının arxasında həmçinin bir çox uğursuzluqları da dayanır. Həmin uğursuzluqlardan nəticə çıxardaraq bir çox şirkətlər daha doğru hərəkət edir və nəticədə milyonların hörmətini və sevgisini qazanırlar. "Google” şirkətinin 15 uğursuz layihəsinin birinci hissəsi haqqında danışmışdıq. İndi isə ikinci hissəni təqdim edirik.

Google Wave

Google Wave brauzer vasitəsilə istifadə olunan messencer idi. Təcrübi servis eyni zamanda həm çat, həm elektron poçt, həmdəki messencer rolunu oynayırdı. Bu qəribə servis üzrə işlər 2007-ci ildən bəri aparılırdı. Lakin tələbatın olmadığı üçün şirkət servisi bağlamalı oldu.

Google Video

İndi bir çoxları bilmir. Lakin YouTube-un alınmasından öncə "Google” öz videoservisinə sahib idi. Onun adı Google Video idi. Layihə hələ 2005-ci ilin Yanvar ayında istifadəyə verilmişdi. 2006-cı ildə şirkət YouTube-u alandan sonra bir müddət ərzində hər iki servis paralel olaraq çalışırdı. 2009-cu ildə Google Video öz aktuallığını itirdi. 2012-ci ildə isə tamamilə bağlandı.

Google Nexus Q

Google Nexus Q Android platformasında çalışan mediaplayer cihazı idi. O, 2012-ci ildə təqdim olunmuşdu. Google Nexus Q ev media sistemləri üçün nəzərdə tutumuş cihaz rolunu oynayırdı. Məsələn televizora qoşularaq cihaz YouTube-dan video və audio axını təmin edə bilirdi. İdeya əslində çox yaxşı idi. Lakin satışa çıxmasından sonra istifadəçilər cihazı qəliz funksionallığına görə tənqid edirdilər. 2012-ci ilin Oktyabr ayında layihəyə son qoyuldu.

Google X

Google X cəmi bir gün ərzində fəaliyyət göstərmiş alternativ axtarış sisteminin qəribə interfeysi idi. İnterfeys Mac OS X əməliyyat sistemini xatırladırdı. O, 16 art 2005-ci ildə fəaliyyətə başladı və həmin gündədə fəaliyyətini dayandırdı. Günümüzdə Google X şirkətin müşahidə laboratoriasının adıdır.

Google Health

Google Health şirkətin səhiyyə sahəsinə qatılmasının uğursuz cəhdidir. Servis, özünü böyük tibbi məlumatların saxlandığı yer kimi təqdim edirdi. Şirkətin bildirdiyinə görə Google Health böyük rəğbət qazana bilmədi. Buna görədə 2012-ci ilin Yanvar ayında servis bağlandı.