"Google"un 15 uğursuz layihəsi. Üçüncü hissə

470

"Google” şirkətinin 15 uğursuz layihəsi siyahısnın sonuncu hissəsini sizlərə təqdim edirik. Həmin siyahının birinciikinci hissələrini də oxumağı unutmayın. Beləliklə görəcəksiniz ki, uğursuz şirkət yoxdur. Uğursuzluqdan nəticə çıxartmayan şirkətlər vardır. Lakin "Google” onların arasında deyil.

Google Reader

Google Reader 2005-ci ildən 2013-cü ilə kimi mövcud olmuş xəbər aqreqatorudur. İstifadəçilər Google Reader platformasının daxili axtarış mexanizmi vasitəsilə xəbər lentlərini izləyirdilər. Layihə çox məşhur idi. Lakin son illər ərzində onun hədəf kütləsi azaldı və servis bağlandı.

Google Catalogs

Google Catalogs internetdə malların alış-veriş prosesini rahtlaşdıran və planşetlər üçün nəzərdə tutulmuş bir tətbiq idi. Layihə 2013-cü ildə təqdim olunmuşdu. Lakin istifadəçi azlığına görə tətbiq 2015-ci ildə bağlandı.

iGoogle

iGoog servisi Google-ın əsas səhifəsini təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur. Servis hələ 2005-ci ildə yaradılmışdır. Onun vasitəsilə istifadəçilər Google-ın xarici görünüşünü istədikləri kimi dəyişə bilirdilər. iGoogle servisi Google Chrome brauzerinin çıxışından sonra mənasız bir layihəyə çevrildi. Belə ki, onda olan xüsusiyyətlər artıq brauzerdə var idi.

Google Orkut

Google Orkut şirkət əməkdaşlarının boş zaman ərzində çalışaraq yaratdıqları sosial şəbəkə idi. Bu sosial şəbəkə 2014-cü ildə istifadəyə verildi və daha çox Braziliya və Hindistanda məşhur idi. Təbii ki, Facebook-un böyüdüyü bir vaxtda Orkut-un heç bir şansı yox idi. 2014-cü ildə sosial şəbəkə bağlandı.

Google Notebook

Google Notebook Google Docs.-un ilk versiyası kimi hesab etmək olar. Sözügedən platforma onlayn mənbələrlə iş zamanı məlumatların yazılması və yaddaşda saxlanması üçün asan şərait yaradırdı. Servis 2006 ildə təqdim edilmişdir. Lakin 2012-ci ildə o bütün məlumatları ilə bir yerdə Google Docs. funksionallığının bir hissəsi oldu.