main-post-cover

    "Google"un keçmiş CEO-su iş müsahibədəsində verilən suala cavab verməkdə çətinlik çəkdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Böyük texnologiya şirkətləri hər zaman müsahibələrdə verdikləri suallarla xüsusi diqqət çəkiblər. Amma əgər bu sualın cavabını şirkət CEO-su özü bilməsə necə olar? Ən azından CEO hər şeyi bilməsə də şirkət haqda ən məlumatlı şəxs olmalıdır.

    İlk əvvəl müsahibələrdə məntiqli və bir o qədər çətin sualların istifadəsinə "Microsoft" şirkətində başlanılıb. Amma hal-hazırda dünyaca tanınan bütün texnologiya şirkətləri bu baxımdan belə demək olarsa rəqabət halındadır. Sualların çətinliyi isə hər kəsə məlumdur. Bunu Google-un keçmiş CEO-su Eric Schmidtin verdiyi cavab da təstiqləyir. Beləki, Eric-in yer aldığı bir konfransda ona Google-un müsahibəsində verilən suallardan biri ünvanlanıb. Amma Eric suala dolayı yolla cavablar verərək bunun nə qədər mənasız sual olduğunu bildirib.
     
    Sual isə belə olub: "Bir pirat gəmisinin kapitanısınız və sandıq dolusu qızıl tapırsınız. Bu qızılı elə bölməlisiniz ki, gəmi heyəti bunu təstiq etməlidir. Əks halda sizi öldürəcəklər. Həm qızıldan yaxşı pay alıb, həm də necə həyatda qala bilərsiniz? ”. Sual olduqca maraqlı olsa da CEO-nun verdiyi cavablar tam olaraq düzgün cavabı əhatə etməyib. Bir qədər zaman qazanmaq üçün zarafatlar edən Schmidt, sonda suala cavab olaraq, 51%-nə qızıldan pay verərdim, yerdə qalanına isə şirkətdən hissə verərdim deyə bildirib. Onun verdiyi cavab diplomatik olsa da, hər kəsi təəccübləndirib. Səbəb isə onun keçmişdə "Google"un CEO-su olmasıdır. Digər tərəfdən isə Schmidtin cavabını yalnış adlandırmaq olmaz, çünki əslində belə sualların cavabı yoxdur. Bu suallar insanlarda yaradıcılıq qabiliyyətini ortaya çıxarmaq və insanları belə hallarda vəziyyəti necə ələ alacağını yoxlamaq üçün istifadə olunur. Hal-hazırda "Google" bu növ suallar vermir. Onun yerinə vəzifəyə uyğun suallar verilməkdədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər