Görmə əngəllilərin yenidən görməsini təmin edəcək "bionik göz" kəşf edildi

273

İnsan üçün vacib xarakter daşıyan orqanlardan biri də gözdür. Təəssüf ki, aramızda qəza nəticəsində və ya anadangəlmə gözdən əlil insanlar mövcuddur. Belə insanlar zaman-zaman müxtəlif problemlərlə üz-üzə qalırlar. Görmə ilə bağlı problemləri aradan qaldırmaq və belə problemlərdən əziyyət çəkən insanlara yenidən görmə imkanı yaratmaq üçün alimlər çoxlu araşdırmalar aparırlar. Belə ki, artıq alimlər buna müəyyən qədər də olsa nail ola biliblər.

Araşdırmaçılar 30 yaşlı bir qadının beyninə çip yerləşdiriblər. Belə ki, eynəyə bərkidilmiş video kamera çəkdiyi görüntüləri kiçik cib kompüterinə göndərir və onun içində hazırlanan görüntülər ötürücü üzərindən beyinə göndərilir. Bu hələ ki, ilkin sınaq olsa da artıq bir çox insanlar üçün vacib həyati əhəmiyyət daşımağa başlayıb. Ümid edirik ki, bu yenilik ölkəmizdə də bir çox insanlar üçün müsbət xarakter daşıyacaq.