main-post-cover

    Görmə Qüsurlular üçün toxunaraq başa düşülə bilən Saatlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Görmə qüsurlu paralimpik üzgüçü Brad Snyderdən ilham alan "Eone" saatları, saatları görmə hissinin hegemonluğundan çıxardır. 

    O an günün hansı dilimində olduğumuzu anlamaq üçün nə edərsək edək görmə hissimizə ehtiyacımız var. Günəşin vəziyyətinə baxsaq ya da cibimizdəki, qolumuzdakı saata baxsaqda mütləq görməliyik. Eone adlı startap isə bu problemi aradan qaldırmaq üçün maqnetik bir zaman parçası yaradıb. 
    2013-cü ildə Kickstarterda dəstək toplayaraq həyata keçən The Bradley, Eone-a ilham olaraq qızıl medallı paralimpik üzgüçü Brad Snyderdan və onun əzmindən ilham alır. Eone zaman parçalarının qurucusu Hyungsoo Kim, dizaynlarını saat olaraq adlandırmaqdan çəkinir. Çünki İngilis dilində saat və baxmaq mənasına gələn "watch" sözü özündə görmək prosesini əks etdirir. Beləcə o, dizaynını zaman parçası olaraq bir səhv anlaşılmanın qarşısına keçmək istəyir. 

    "Hərkəs üçün" şüarı ilə yola çıxan Eone, The Bradley-lərinin üzərindəki kiçik xəttlərlə saatı hiss etdirir. Üst hissəsindəki xətt dəqiqəni, yan tərəfindəki isə saatı bildirir. Modellərə isə internet saytlarındakı mağazadan baxa bilərsiniz.

    The Bradleyin Ortaya Çıxış Hekayəti İsə Belədir


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər