Gözlənilən baş tutdu. The Last of Us: Part 2 rəsmi olaraq anons olundu
Digər
07.05.2017
Farid Pardashunas
"Sony Interactive Entertainment” şirkəti PlayStation Experience 2016 tədbirini sözün əsl mənasında hamını sevindirərək yekunlaşdırdı.
Belə ki, şirkət tədbirin sonunda hamının çoxdan gözlədiyi The Last of Us: Part 2 oyununu anons etdi. Təqdim olunmuş təsirli
trailerdə artıq böyümüş Ellie və ona bu müddət ərzində ata kimi çox yaxın Joel əks
olunublar. Oyun, istehsalın hələ ilkin mərhələsindədir. Buna görədə onun hətta təqribi
çıxış tarixi belə bilinmir. Naughty Dog studiyası oyun haqqında məlumatları
yaxın aylarda paylaşacağını söz verib. "Ellie və Joel-in qayıtma xəbərini
verdiyimiz üçün nə dərəcədə sevincli olduğumuzu təsəvvür belə edə bilməzsiniz.
Bu dəfə sizi daha həyəcanlı, ürəksızladıcı və emosional macəra gözləyir. Sizlər
qədər biz də The Last of Us dünyasını və onun personajlarını sevirik. Və
baxmayaraq ki, oyunun davamının olacağı sizin üçün açıq-aşkar görünsə də
inanınki əslində bu o qədər də asan deyildi” – deyə Naughty Dog studiyasının
kreativ direktoru Neil Druckmann bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)