main-post-cover

    Green Baku - Azərbaycanda yeni ekoloji brend!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Azərbaycanda çoxsaylı ekoloji aksiyalar keçirən  Green Baku Ekoloji Birliyi yeni start up layihəsi ilə işə başlayıb.

    Layihənin konspeti ölkə üçün tam yeni toxnoloji məhsulun ölkə də istehsalıdır. İdeyanın texnoloji yeniliyi ondan ibarətdir ki, dəftərxana biznesinə yeni ekoloji brend daxil olub. Məhsulun alınmasında adi kağızdan fərqli olaraq artıq öz xammalını ağaclardan və təbiətin korlanması hesabına deyil, buna qədər istifadə olunmuş tullantı kağızların təkrar emala verilməklə əldə olunan xammaldan istifadə layihənin əsas ideyasını təşkil edir.  

    Startup üçün müəyyən olunmuş 3 əsas məqsəd qeyd edilib:

    İlk növbədə 100% Azərbaycan məhsulu istehsal etmək -  istifadə olunan təkrar emal olunmuş kağız Azərbaycan zavodlarında istehsal olunur. İkinci məqsəd ölkədə ekoloji maarifləndirməni artırmaq - təkrar emal olunmuş kağızdan istifadə edərək bizim ağacdan kağız hazırlanmasının bir hissəsini potensial şəkildə azalda biləcəyimizi insanların nəzərinə çatdırmaqdır. İnsanlar anlamalıdır ki, biz yalnız məhsuldan tullantı deyil, həm də tullantıdan məhsul istehsal edə bilərik. Və son olaraq, ikinci məqsədimizlə bağlı olaraq, insanlara yenidən emal edilmiş məhsul ilə tullantı arasındakı fərqi başa salmaqdır. Biz yenidən emal olunmuş məhsullardan istifadə mədəniyyəti yaratmalıyıq, göstərməliyik ki, kağızın sadəcə olaraq biraz rəng fərqi seçilir və nəticə olaraq Azərbaycan daha təmiz və ekoloji savadlı olacaqdır. 
    İlkin olaraq məhsulların assortimentinə daxildir: 
    Ekoloji təmiz dəftərlər, Ekoloji təmiz bloknotlar, Ekoloji kalendarlar, Ekoloji stickerlər, Ekoloji paketlər, Ekoloji konvertlər, Ekoloji hədiyyə dəstləri və s.
     





    "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”ndə inkubasiya proessində fəaliyyətinə daavam edən və hal-hazırda korporativ satışlarla məşğul olan Green Baku komandası gələcək inkişaf mərhələsində unikal məhsulların fərdi satışı ilə məğul olmağı düşünür. Layihənin rəsmi Facebook səhifəsinə buradan daxil olaraq yaxından tanış ola və ya sifarişlərinizi reallaşdıra bilərsiniz.
    "Technote.az” ailəsi olaraq belə bir startapa imza atdıqları üçün onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər