main-post-cover

    500.000 Dollara satılan bu iPhone 7 ilə tanış olun

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Lüks telefon istehsalçılarından olan "Gresso", üzərində 1450 almazın olduğu iPhone 7 modelini satışa çıxarıb
    Hər zaman bahalı telefon modelləri siyahısında görməyə alışdığımız Vertu, bu dəfə öz yerini iPhone 7 cihazına verib. "Gresso" şirkəti hər zaman etdiyi kimi bu dəfə də fərq yaratmağı bacarıb.
    Black Diamond IPhone 7
     
    Modelin standart iPhone 7 cihazından böyük bir fərqi olmasa da, əsas xüsusiyyəti korpusu üçün işlədilən qiymətli daşların olmasıdır. Belə ki, cihazın üstündə 1450 ədəd 102 karatlıq almazın yer aldığı Black Diamond iPhone 7-nin logosu üçün 10 qramlıq 18 əyyar qızıl istifadə olunub. Bundan əlavə gövdəsinin 5-ci dərəcə titandan təşkil olunması cihazın daha da möhkəm olmasına şərait yaradır. Sifariş etmək istəyənlər burdan sayta daxil ola bilərlər. "Gresso" şirkəti Black Diamond iPhone 7 üçün 500.000$ ödəmək istəyən şəxslərə telefonun 18 saat içində hazırlanacağını bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər