GTA V-də kimsəsiz evin yaxınlarında kəşf edilən ürküdücü sirr ortaya çıxdı!

178

3 ildir internet bazarında olmasına baxmayaraq GTA V-də hələ də kəşf edilməyi gözləyən sirrlər mövcuddur.

"Rockstar Games" necə bir şirkətdir hələdə maraqlıdır. 2013-cü ilin sonlarına doğru bazara təqdim etdikləri GTA V-ə o qədər çox sürprizlər daxil ediblər ki, aradan 3 il keçməyinə baxmayaraq hələ yeni-yeni öyrəndiyimiz sirrlərlə qarşılaşa bilirik. 
ItsTinyTrol adlı bir YouTube istifadəçisi, GTA V-də yeni bir easter egg (kompüter proqramlarında və ya oyunlarında gizlədilmiş müxtəlif detallar üçün istifadə edilən termindir) kəşf etdi. Beləki oyunçunun idarə etdiyi Trevor adlı oyun qəhrəmanı, tərk edilmiş boş bir evdən ağlayan uşaq səsinin haradan gəldiyini tapmağa çalışır. Səs o qədər real çıxır ki dinləyərkən sanki olduğunuz yerdən gəlirmiş kimi hiss edə bilərsiniz. GTA V həvəskarı Technote istifadəçiləri də bu yeri taparaq səsin real olub-olmadığına baxa bilərlər. 
Bu qorxulu videonu aşağıdan izləyə bilərsiniz.