drzeka zeka kartları

Günəş enerjisi ilə çalışan naqilsiz qulaqlıqlar (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5468 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bluetooth qulaqlıqlar, adi naqilli qulaqlıqlardan üstün olsa da bir xüsusiyyətə görə geridə qalırlar.

Bu əsas xüsusiyyət isə naqilsiz qulaqlıqların lazımi vaxt qədər enerji saxlaya bilməməkləridir. Orta hesabla bu cür qulaqlıqları gün ərzində bir dəfə şarj etmək lazımdır. Sola adlı startap, bu problemi aradan qaldırmaq üçün maraqlı üsul fikirləşib. Belə ki, o öz naqilsiz qulaqlıqlarına, şarj üçün nəzərdə tutulmuş kiçik günəş paneli yerləşdirib. Sözügedən qulaqlıq, başın arxa hissəsinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş standart formada hazırlanıb. Startapçıların sözlərinə görə günəş işığında qulaqlıqların iş rejimi 25-30% artır. İnteqrasiya olunmuş günəş enerjisi sisteminə baxmayaraq qulaqlıqlar çox yüngül yaradılıb. Qulaqlıqlar, mikrofon, 200 mAh enerji tutumlu batareya və şarj üçün nəzərdə tutulmuş USB girişi ilə təchiz olunublar. Bir maraqlı özəllik isə Sola qulaqlıqlarının səsboğma funksiyasına sahib olmalarıdır. Layihə artıq Indıegogo platformasındadır. Startapçılar artıq 30.000$ əldə edərək onlara lazım olan vəsaitin 1/3-ni əldə ediblər. İlk alıcılara qulaqlıq, 29$-a başa gələcək. İlk satışların isə bu ilin İyul ayında olacağı gözlənilir.


 



<