main-post-cover

    Günəş sistemində yeni planet kəşf olunub

    07.05.2017
    Farid Pardashunas

    Miçiqan Universitetinin alimləri Günəş sistemində yeni planet kəşf ediblər.

    Kəşf edilmiş yeni cırtdan planet 2014 UZ224 adlanır və o, Yer kürəsindən 30 dəfə kiçikdir. Kosmik obyekt 2014-cü ildə Miçiqan Universitetinin astrofiziki Devid Gerdes və onun tələbələri tərəfindən aşkar edilmişdir. Lakin məhz yaxın günlərdə obyekt cırtdan planet kimi qeydiyyatdan keçmişdir. Onun diametri 420 km-dir. Fərqləndirmək üçün qeyd etmək lazımdır ki, Yer kürəsinin diametri 12.724 km-dir. Yeni planet Pluton-un orbitindən bir qədər kənarda yəni, Günəş sisteminin sərhədində yerləşir. 2014 UZ224 planetinin Günəş ətrafında tam dövretmə müddəti isə 1136 il çəkir. Qeyd etmək lazımdır ki, kosmik obyektin cırtdan planet kimi qeydiyyatdan keçməsi üçün o, Günəş ətrafında orbit üzrə dövr etməli, hidrostatik müvazinəti təmin etmək üçün yetərli kütləyə sahib olmalı və digər planetin peyki olmamalıdır.
    Linki kopyala