main-post-cover

    Günəşdən milyon dəfələrlə parlaq olan Supernova kəşf edildi.

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Yeni kəşf edilən bir supernova, olanetimizi isidən genəşdən milyon dəfələrlə çox parlaqdır.

     
    Dallasda yerləşən Southern Methodist University'də mütəxəssis olan Govinda Dhungana, Astrophysical Journal'da yayımladığı məqalədə komandası ilə birlikdə Günəşdən milyon dəfələrlə parlaq olan yeni bir supernovanı kəşf etdiklərini açıqlayıblar. Govinda və komandası dünyadan 30 milyon işıq ili uzaqlığda olan "Supernova 2013ej" adı verdikləri supernovanın çox böyük bir enerji yaratdığının şahidi olublar. Supernovada baş verən partlayış o qədər böyük olub ki, ortaya çıxan enerji və işıq 100 milyon günəş partlamasına bərabər imiş.

    Bu qəribə hadisənin şahidi olan Govinda Dhungana və komandası, partlayış ilə birlikdə kainata yayılan parçaların saniyədə 10.000 km sürətə sahib olduğunu bildiriblər. Partlayışın şiddətinə və parlaqlığına görə ölçmələr aparan elm adamları, supernovanı əmələ gətirən ulduzun Günəşdən 250 qat daha böyük və 15 qat daha ağır olduğunu hesablayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər