Günün "BOMBA"sı: Galaxy Note 7 yenidən satışa çıxır!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung, başına dərd açan Galaxy Note 7-dən imtina etmiş deyil. Cihazlar yenidən satışa çıxacaq.
Almış olduğumuz məlumatlaraq görə, ötən ilin mobil cihaz sektorundakı ən böyük məyusluq olan Note 7-nin "refurbished” olaraq gələcəyi xəbəri təsdiqlənib. Bu
"refurbished” hadisəsinin nə olduğunu açıqlamaq lazım olsa; mənası "Yenilənmiş” olan
bu termin qəzalı cihazın marka tərəfindən problem və xətalarının düzəldilərək daha
uyğun qiymətə satılması olaraq adlandırılır. Zəmanət şərtləri daha məhdud olan
bu cihazlarda problem yaşanma ehtimalı isə normal bir telefondan ümumiyyətlə fərqsizdir.
Günün "Bombası”: Galaxy Note 7 yenidən satışa çıxacaq!
Samsung, daha əvvəldən Note 7-lərin tamamilə toplandıqdan
sonra təkrar satışa çıxmayacağını açıqlamışdı. Lakin şirkət, fikir dəyişdirib.
Mobil Dünya Konqresində Greenpeace etirazçıları, toplanan 4.3 milyon ədəd Note 7-nin
təbiətə zərər verməyəcək şəkildə təkrar istehsala yönləndirilməsi istiqamətində
Samsung-a təzyiq etmişdi, Cənubi Koreyalı şirkət də daha sonrasında
telefonların ətraf mühitə həssas bir şəkildə geri çevrilmənin təminatını
vermişdi.
Bu təminat, üç qanundan ibarətdir. İlk olaraq toplanan Note
7-lərin detalları test cihazlarında istifadə üçün ayrılacaq. Bu parçalar
arasında telefondakı yarı keçiricilər və kamera modulları da var. İkinci
prinsip isə telefonların mis, nikel, qızıl və gümüş kimi parçalarının bu
mövzuda mütəxəssisləşmiş geri çevrilmə firmaları istifadə edərək geri çevrilməsi idi.
Üçüncü və bizi ən çox maraqlandıran qanun isə, Note 7-lərin
yenidən satışa təqdim edilməsi. Bunun üçün Samsung, yenilənmiş və geri
çevrilmiş parçaların da köməyi ilə müəyyən sayda satışa təqdim etmə ya da icarə
məqsədi ilə, təxminən daha kiçik batareyalar saxlayan Note 7-lər istehsal edəcək.
Təbii ki, bu yenilənmiş Note 7-lərin nə zaman və hansı
bazarlarda satışa təqdim ediləcəyi hələ ki məlum deyil. Bir neçə gün sonra
Samsung, yeni flaqmanı Galaxy S8-in təqdimatını
reallaşdıracaq. O səbəbdən Note 7-nin gəlməsi üçün ən uyğun zaman, yay ayları olaraq
düşünülür.
Ancaq yay aylarında da bu dəfə bir başqa flaqman Note 8 təqdim ediləcək. Bu səbəbdən də Samsungun Note 7-ni, Note 8-i yüksək qiyməti səbəbi ilə ala bilməyən
müştəriləri cəlb etmək məqsədiylə istifadə edəcəyi gözlənilr. Təbii Note 8-in yüksək
qiymətlə gələcəyi bazarlar da bu məzmunda ümumiyyətlə Hindistan, Afrika və Orta
Şərq olaraq qarşımıza çıxmaqdadır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ