Hacker 20 saniyəyə Safari brauzerini sındırdı

4998

Kiber müdafiə PwnFest konfransında cari il üçün IT cihazların sahib olduğu keyfiyyətlərin qiymətləndirilməsi aparılıb.

Tədbirdə yer alan Pangu Team adlı hacker qrupunun üzvü MacOS Sierra əməliyyat sistemində Safari brauzerini hack etməyi bacarıb. Maraqlısı isə o, bu işi cəmi 20 saniyəyə həyata keçirib. Təbii ki, onun bu əməyi əvəzsiz qalmayıb və mükafatlandırılıb. Burda mükafat məbləği olaraq 80.000$ təyin olunub.

Tədbirdə həmçinin Windows 10 əməliyyat sistemi, Google Pixel telefonu və Adobe Flash hack olunub.

Xatırladaq ki, bir çox şirkətlər bu prosesi özləri həyata keçirirlər. Səbəb isə çox sadədir. Müştəri məmnuniyyətini qorumaq üçün onun təhlükəsizliyi təmin olunmalıdır və hackerlərin ortaya çıxardığı bu boşluqlar şirkətlərin işini asanlaşdırmağa xidmət edir.

Qeyd edək ki, hətta bəzi şirkətlər bunun üçün özləri xüsusi olaraq yüksək miqdarda pul mükafatı təklif edirlər.