main-post-cover

    Hacker, FBI saytını hack etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Le4ky ləqəbli hacker, FBI saytını hack etdiyini bildirib.

    Bu barədə hacker öz Twitter hesabında qeyd edib. Bir neçə ismarıcında hacker hansı sistem boşluqları vasitəsilə bunu etdiyini söyləyib. Le4ky-nin sözlərinə görə həmin sistem boşluqlarından biri Deep-web-dəki online mağazalardan birində satılır. Sübut üçün hacker Twitter-in uğurla hack edilməsi barədə fotolar təqdim edib. "Davamı olacaq” – deyə hacker bildirib. ABŞ-ın hüquq-mühafizə orqanları hələki Le4ky-nin bu bəyanatına heç bir reaksiya verməyiblər. Bundan əlavə olaraq hacker öz Twitter hesabında səsverməyə start verib. Həmin səsvermə nəticəsində hacker, öz abunəçilərindən növbəti hacker hücumunun qurbanını təyin etmələrini xahiş edib.

    Linki kopyala