main-post-cover

    Hackerlər, Çexiya prezidentinin kompüterinə uşaq pornoqrafiyası yüklədilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu barədə Çexiyanın prezidenti Milos Zeman özü danışıb.

    O bildirib ki, 1 il bundan öncə onun kompüteri, ABŞ-ın Alabama ştatında olan hackerlər tərəfindən hack olunub. Onun sözlərinə əsasən o öz kompüterində uşaq pornoqrafiyasına aid materiallar aşkar edib. Nəticədə Çexiyanın prezidenti bu barədə mütəxəssislərə müraciət edib. İstintaq nəticəsində məlum olub ki, həmin pornoqrafik materiallar, amerikalı hackerlər tərəfindən kompüterə yüklənib və onları aşkar etmək qeyri-mümkündür. Bundan əlavə olaraq prezident bildirib ki, hackerlər həmin hücumu vasitəçilər tərəfindən də reallaşdırmış ola bilərlər. Hələ Yanvar ayının sonunda məlum olmuşdu ki, Çexiyanın Xarici İşlər Nazirliyinin serverləri hackerlər tərəfindən hücuma məruz qalıb. Həmin hücum zamanı, Xarici İşlər Nazirliyinin başçısının elektron ünvanından bir sıra məlumatlar oğurlanmışdı.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər