main-post-cover

    Hackerlər hətda insan beyninə belə yol tapa biləcəklər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Technote.az-ın "Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən günlərin birində hackerlər kompüter və smartfonlardan başqa insan beynini də sındırmağı öyrənəcəklər.

    Vaşinqton Universitetinin biorobotexnika laboratoriyasının mühəndisi Howard Chizeck-in fikrincə bu sadəcə olaraq zaman məsələsidir. Chizeck-in bildirdiyinə görə bizim çox az zamanımız var və biz beynimizin hackerlərdən qorunma məsələlərini artıq həll etməliyik. İlk baxışdan elə görünə bilər ki, mühəndis ağlını itirib. Hackerlərin insan beyninə daxil olub ona zərər yetirmələri qeyri-real görünür. Lakin əslində bu tamamilə mümkün olan bir şeydir. Hal-hazırda alimlər və yüksək texnologiyalı şirkətlər insan beynindən məlumatı əldə edən və fikirlərin köməkliyi ilə əşyaları idarə etməyi mümkün edəcək texnologiyalar üzərində çalışırlar. Bu cür təcrübələr uğurlu alınır. Məsələn bir neçə müddət bundan öncə həkimlər xəstənin beyninə xüsusi çip yerləşdirmişdilər. Xəstə isə həmin çip vasitəsilə barmaqlarını hərəkət etdirə bilirdi. Məsələ burasındadır ki, bu cür çiplər müəyyən tapşırıqların yerinə yetirilməsi üçün proqramlaşdırılıb. Hackerlər isə onların iş mühitini genişləndirə bilərlər. Chezick-in həmkarı Tamara Bonaci bu məsələni beləcə aydınlaşdırıb.
    "Ümumilikdə götürəndə beyin kompüterlərinin əsas problemi ondan ibarətdir ki, hal-hazırda bu cür cihazlar elektrik siqnallarından istifadə edirlər. Həmin siqnallar isə beyinə elektroensefaloqrafiya üsulu ilə ötürülür. Bununla belə cihaz elektroensefaloqraf üzərində nəzarəti ələ keçirərək insan haqqında məlumatları özündə daşıyan siqnallara sahib ola bilir” – deyə Tamara Bonaci bildirib. Chizeck-in fikrincə insan beynini təkcə hackerlər deyil xüsusi dövlət orqanları da ələ keçirə bilərlər. Təbii ki, əgər insan dövlət üçün təhlükəli bir obyekt kimi görünsə. Mühəndis bunu yalan detektoru ilə onun təkmilləşdirilmiş versiyasını müqayisə edir. Hacker aləti insan fikrini əldə edə və yaxud onu dəyişə biləcək. Chizeck bu problemin həllini təqdim edib. Vaşinqton Universitetinin tədqiqatçılar komandası ilə birlikdə Chizeck BCI Anonymizer adlı üsulun hazırlanması üzərində çalışır. Bu alət çiplərin, smartfonlara yüklənmiş tətbiqlər kimi çalışmalarına imkan verəcək. Yəni çiplər yalnız müəyyən yaddaş sahəsinə giriş əldə edərək çərçivədən çıxmadan çalışacaqlar. BCI Anonymizer hal-hazırda laboratoriyada testdən keçir. Beləliklə müəyyən olunacaq ki, beyni bu üsulla qorumaq mümkündür yoxsa yox. Chizeck-in qeyd etdiyi bu problem qəribədir. Çünki beyni idarə edən texnologiyalarh ələ təzə-təzə inkişaf etməyə başlayırlar. Bu inkişaf çox uzun illər vaxt apara bilər. Buna baxmayaraq insan beyninin hacker tərəfindən sındırılmasının qarşısını almaq üsulları barəsində artıq indidən düşünmək lazımdır. Sonra gec ola bilər.
    Linki kopyala