main-post-cover

    Hackerlər məşhur mobil operatorlardan birini hack etdilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Hackerlər Böyük Britaniyanın mobil operator əlaqəsini hack ediblər. Bu mobil operator Three Mobile adlanır.
    Bu barədə məlumatı The Telegraph paylaşıb. Onlar bunu sadəcə Three Mobile-ın nümayəndələrindən birinin parolunu bilməklə həyata keçiriblər. Bu operatordan təqribən 6 milyon insan istifadə edir.
     
    Şirkətin məlumat bazasında istifadəçilərin adı, soyadı, telefonları, ünvan və doğum günləri haqda məlumatlar yer almaqdadır. Verilən məlumata görə burada istifadəçilərin maliyyə məlumatlarına yer verilməyib.
    Cinayətkarlarla iş üzrə milli agentlik artıq 3 şəxsin tutulduğunu bildirib. Hələ ki, araşdırmalar davam edir. Britaniya operatoru bu məlumatların digər şəxslərin əlinə keçməsindən ehtiyatlanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər