main-post-cover

    Hackerlər məşhur porno saytı hack etdilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kimlikləri bilinməyən hackerlər məşhur xHamster adlı porno saytı hack edib 380.000 istifadəçinin məlumatlarını oğurlayıblar.

    Hackerlərin ödənişli sızıntılar bazası LeakBase-ə yerləşdirdikləri məlumatlar arasında istifadəçilərin adları, loginləri, şifrələri və mail ünvanları var. Maraqlısı ondadır ki, zərər çəkmiş istifadəçilər siyahısında ən çox ABŞ hərbi zabitləri və dövlət məmurları yer alıblar. "Technote.az”ın "The Next Web”ə istinadən verdiyi məlumata əsasən hackerlər çox güman ki, onlardan birinin daha əvvəl tapdığı sistem boşluğu hesabına saytı hack ediblər. LeakBase resursunun əməkdaşı da qeyd edib ki, xHamster adminliyi MD5 şifrələrinin köhnəlmiş keş alqoritmindən istifadə edib. Sentyabr ayında isə hackerlər, Brazzers saytının forumunun 800.000 istifadəçisinin login və şifrələrini oğurlamışdılar. Sayt isə siyahıda olan bütün istifadəçilərin hesablarını bağlamışdı.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər