Hackerlər, Moskvanın, ABŞ-a nüvə silahı ilə hücum edəcəyi xəbərini yayıblar

472

Məşhur The New York Times nəşriyyatının rəsmi Twitter səhifəsi hackerlər tərəfindən sındırılıb.

Hack olunmuş səhifədə hacerlər, Moskvanın, ABŞ-a nüvə silahı endirəcəyi barəsində tweet yerləşdiriblər. Guya bu bəyanatı Rusiya Federasiyasının prezidenti bildirib. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən hackerlər həmçinin nəşriyyatın əlavə səhifəsi olan @nytvideo-nu da hack ediblər. Həmin səhifə isə videomaterialların yerləşdirilməsi üçün istifadə olunur və 260.000 izləyiciyə sahibdir. Səhifə, 22 Yanvar tarixində hack olunub. Səhifənin adminləri, hackerlərin ismarıcını tez bir zamanda siliblər. Lakin buna baxmayaraq həmin ismarıc internetə yayılıb. Səhifəni həmin vaxtda geri qaytarmaq mümkün olmayıb. Bundan əlavə hackerlər, səhifədə daha iki ismarıc paylaşıblar. İsmarıclar, sözügedən hacker hücumunun OurMine qruplaşmasına aid olduğu barədə işarə verirdi. Qeyd etmək lazımdır ki, həmin qruplaşmanın üzvləri bir neçə müddət bundan öncə "Marvel”, "Netflix” kimi şirkətlərin və "Twitter”in yaradıcısı Jack Dorsey-in səhifələrini hack etmişdilər.