main-post-cover

    Hackerlər otellərin ödəniş sistemlərinə sızmağı bacardı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-ın "HEI Hotels & Resorts” şirkətinə məxsus "”Marriott”, "Hyatt”, ”Intercontinental”, "Starwood” otellərinin ödəniş sistemi xidməti hackerlər tərəfindən hücuma məruz qalıb.

    Güman olunur ki, bu üsulla həmin otellərdə müxtəlif xidmətlərə görə ödəniş etmiş şəxslərin bank kartlarının məlumatları hackerlərin əllərinə keçib. Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, otellərin kompüterlərinə daxil olmuş zərərli tətbiq bu ilin iyun ayının ortasında aşkar edilmişdir. "Technote.az”ın "Tass.ru” saytına istinadən verdiyi xəbərə əsasən tətbiq 1 Mart 2015-ci il tarixindən 21 İyun 2016-cı il tarixinə kimi fəaliyyət göstərib. Söhbət ABŞ ərazisində olan 20 oteldən gedir.
    Beləliklə, hackerlər 10 minlərlə tranzaksiyaları izləyə biliblər. Hələ ki, plastik kart sahiblərindən potensial olaraq kimlərin zərər çəkdiyini müəyyən etmək çətindir. Belə ki, bir oteldə hər bir müştəri müxtəlif xidmətə görə pul ödəyib. "HEI Hotels & Resorts” şirkəti sözügedən hacker hücumunun miqyasını təyin etmək üçün mütəxəssisləri işə cəlb edib. Mütəxəssislərin bildirdiyinə görə hackerlər müştərilərin bank kartlarının məlumatlarını əldə ediblər. Lakin onlar bank kartlarının PIN kodlarını əldə edə bilməyiblər. Belə ki, adı çəkilmiş otellərdə müştərinin şəxsiyyətinin təyin edilməsi və müxtəlif xidmətlərin ödənilməsi üçün PIN koda ehtiyac yoxdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər